CROSSMEDIA - Hakan Fidan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq edib
Gündəm

Hakan Fidan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK, YPG terrorçularına xəbərdarlıq edib. O, bu barədə "CNN Türk"-ə müsahibəsində deyib.

Nazir söyləyib ki, terrorçular Suriyanı tərk etməlidir.

O bildirib ki, terrorçular Suriya, İraq üçün təhdiddir.

Diplomatın sözlərinə görə, Türkiyə terrorçuların ərazini tərk etməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib: "Əgər terrorçular ölkəni tərk etməsələr, hərbi əməliyyata başlaya bilərik". (report)

 

04:02 08.01.2025

Oxunuş sayı: 2789

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR