Rusiyada pensiya üçün nəzərə alınan qeyri-iş dövrləri açıqlanıb
Rusiyada hərbi xidmət, uşağa qulluq və bəzi digər fəaliyyətlə bağlı olmayan dövrlər pensiya stajına daxil edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ria novosti” məlumat yayıb.
Deputatın sözlərinə görə, pensiya stajına müqavilə əsasında hərbi xidmət, uşağın 1,5 yaşınadək ona qulluq edilməsi və şəxsin işləmədiyi, onun üçün sığorta ödənişlərinin həyata keçirilmədiyi digər dövrlər daxildir.
Bundan əlavə, I qrup əlilliyi olan şəxslərə, əlilliyi olan uşaqlara və ya 80 yaşına çatmış şəxslərə qulluq müddəti də pensiya stajı hesab olunur.
İşsizlik müavinətinin alındığı, ödənişli ictimai işlərdə iştirak edildiyi, eləcə də məşğulluq xidmətinin göndərişi ilə başqa əraziyə köçmə müddətləri də nəzərə alınır.
20:28 10.10.2026
Oxunuş sayı: 75