“Şamaxı” növbəti transferini reallaşdırıb
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.
16:41 04.01.2025
Oxunuş sayı: 4202