Pinqvinlərin sayı kəskin azaldı
Antarktida yaxınlığındakı Zavodovski adasında 2011-ci ildən bəri 500 mindən çox çənəqayışlı pinqvinin tələf olduğu müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, BAS bu barədə məlumat yayıb.
Araşdırma zamanı adadakı pinqvinlərin sayının ümumi populyasiyanın dörddə birindən çox azaldığı müəyyənləşib.
Bununla Zavodovski adası dünyada çənəqayışlı pinqvinlərin sayının ən sürətlə azaldığı əraziyə çevrilib və “dünyanın ən böyük pinqvin koloniyası” titulunu itirib.
Tədqiqatçılar Cənub okeanında iqlim dəyişikliklərinin pinqvinlərin qida mənbələrinə mənfi təsir göstərdiyini bildiriblər.
Araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.
05:10 08.10.2026
Oxunuş sayı: 57