Təyyarə zebranı vurdu: Tanzaniyada məcburi eniş edildi
Tanzaniyada sərnişin təyyarəsi uçuş-enmə zolağında zebra ilə toqquşduqdan sonra məcburi eniş edib.
Crossmedia.az xəbər verir ki, hadisə Serengeti Milli Parkındakı hava limanında baş verib.
Məlumata görə, göyərtəsində 26 sərnişin və 4 ekipaj üzvünün olduğu təyyarə uçuş-enmə zolağında zebra ilə toqquşub. Zərbədən heyvan tələf olub.
Hadisə nəticəsində təyyarəyə ciddi ziyan dəyib. Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
17:32 07.10.2026
Oxunuş sayı: 54