CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Tanzaniya

10:53 07.10.2026

PAİ parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir - Sahibə Qafarova

65

Parlamentlərarası İttifaq (PAİ) təcrübə mübadiləsi aparmaq, bir-birindən öyrənmək və daha açıq, inklüziv və etimad qazanmış təsisatların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir. Crossmedia.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasının iclasında çıxışı zamanı bildirib. Spiker qeyd edib ki, ictimai dinləmələr və ictimai müzakirələr vətəndaş iştirakının təmin olunması üçün mühüm mexanizmlərdir. Dövlət təsisatlarının nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təşkilatları və ictimaiyyətin üzvləri qanun layihələri və ictimai maraq doğuran məsələlər üzrə müzakirələrdə iştirak edə bilərlər. Bu mexanizmlər parlamentə müxtəlif peşəkar və ictimai rəyləri eşitmək və cəmiyyətlə ünsiyyəti gücləndirmək imkanı verir. Sahibə Qafarova “İnklüzivlik, etimad və hamı üçün imkanlar vasitəsilə yaxşı idarəetmənin gücləndirilməsi və icmaların səlahiyyətlərinin artırılması” mövzusunda ümumi müzakirələrdə çıxışı zamanı effektiv idarəetmənin təşkilinin səmərəli təsisatlarla yanaşı, insanların bu təsisatlara etimad edib-etməməsi, qərar qəbul etmədə iştirak edə bilməsi və hər kəsin cəmiyyətə töhfə vermək üçün ədalətli imkana malik olub-olmaması ilə bağlı olduğunu söyləyib. Çıxışında rəqəmsallaşmanın dövlət təsisatlarını daha əlçatan və şəffaf etdiyini, ünsiyyət və iştirak üçün yeni imkanlar yaratmaqla bu prosesi dəstəklədiyini deyən Milli Məclisin sədri bildirib ki, təsisatlar açıq olduqda, vətəndaşların səsi eşidildikdə və insanlar öz iştiraklarının fərq yarada biləcəyini gördükdə bu etimad daha da artır. Parlamentlərin bu prosesdə mühüm rolunu qeyd edən Sahibə Qafarova deyib ki, parlamentlər xalqı təmsil edən təsisatlar olaraq ictimai gözləntiləri dövlətin qərar qəbulu ilə əlaqələndirir. Qanunvericilik, nəzarət və cəmiyyətlə dialoq vasitəsilə onlar idarəçiliyin daha şəffaf, hesabatlı və inklüziv olmasına kömək edə bilir. Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş iştirakı üçün daha geniş imkanların yaradılması istiqamətində görülən ardıcıl addımlar haqqında məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan parlamenti bu səylərə töhfə verir. Onun sözlərinə görə, bu sahədə müasir texnologiyalar vətəndaşlarla qarşılıqlı əlaqənin genişləndirilməsinə və parlament fəaliyyəti haqqında məlumatlara daha geniş çıxışın təmin edilməsinə kömək edir. Eyni zamanda, Azərbaycan vətəndaşlara və vətəndaş cəmiyyətinə qanunvericilik prosesində birbaşa iştirak etmək imkanı verən hüquqi və institusional mexanizmlər yaradıb. O, qanunvericilik təşəbbüsü hüququnun bunun mühüm bir örnəyi olduğunu söyləyib. Sahibə Qafarova, həmçinin Milli Məclis tərəfindən istifadə olunan digər rəqəmsal alətlər barədə də məlumat verib. Parlament tərəfindən inklüzivliyin təmin olunması istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Bu baxımdan Azərbaycan parlamentinin qadınların, gənclərin və əlilliyi olan şəxslərin iştirakına və hüquqlarına xüsusi diqqət yetirməsi, bu istiqamətdə müvafiq qanunvericiliyin yaradılması barədə məlumat verilib. Milli Məclisin sədri çıxışına yekun vuraraq bildirib ki, PAİ təcrübə mübadiləsi aparmaq, bir-birindən öyrənmək və daha açıq, inklüziv və etimad qazanmış təsisatların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir. Qeyd olunub ki, iştirakı gücləndirmək və hər bir səsin eşidilməsini təmin etməklə icmaların səlahiyyətlərini artırmaq və daha dayanıqlı, sülhsevər və davamlı cəmiyyətlərə töhfə vermək olar.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR