Rusiya üçtərəfli görüşlə bağlı açıqlama verdi
Moskva Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün hazırlanması ilə bağlı məlumat verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, belə bir görüşün keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılacağı təqdirdə bu barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək.
“Belə bir görüşün hazırlanması məsələsi işləniləcəyi zaman və əgər işləniləcəksə, onun hazırlığı barədə lazımi qaydada məlumatlandırılacaqsınız. Bu, həmişə belə olur. Açığı, spekulyasiyalara uymalı olmaq istəmirəm. Xüsusilə də qəhvə çöküntüsünə baxıb gələcəyi təxmin etməklə məşğul olmaq istəmirəm”, – diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Svetlana Jurova Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların Kiyevin istəyindən asılı olduğunu bildirmişdi.
Sentyabrın 18-də Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanın münaqişənin nizamlanması ilə bağlı danışıqların bərpasına mane olduğunu açıqlamışdı. O qeyd edib ki, Kiyev sülhə can atdığını və dialoqa hazır olduğunu bildirir, lakin eyni zamanda danışıqların keçirilməsini mümkünsüz etmək üçün hər şeyi edir.
20:44 30.09.2026
Oxunuş sayı: 57