NATO Rusiyanın nüvə xəbərdarlığına reaksiya verdi
NATO Baş katibi Mark Rutte Rusiyanın alyansa Kalininqradla bağlı nüvə xəbərdarlığı etdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Rutte açıqlamasında Rusiyanın bu istiqamətdəki xəbərdarlığına münasibət bildirib.
NATO Baş katibi alyansın müdafiə xarakteri daşıdığını vurğulayaraq nüvə təhdidlərinin qəbuledilməz olduğunu qeyd edib.
“Biz müdafiə xarakterli alyansıq. Nüvə təhdidlərinə son qoyun. Bu, qətiyyən yolverilməzdir və heç bir fayda vermir”, – Rutte vurğulayıb.
Rutte bununla yanaşı, Kalininqrad məsələsi ilə bağlı Rusiyanın nüvə xəbərdarlığının NATO tərəfindən diqqətdə saxlanıldığını təsdiqləyib.
20:16 30.09.2026
Oxunuş sayı: 47