Kiyevdə gecə hücumu: uşaq ölüb
Ukraynanın paytaxtı Kiyev və vilayətində gecə saatlarında baş verən kütləvi hücum nəticəsində bir uşaq həlak olub, yaşayış evləri dağılıb və xəsarət alanlar var.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində dağılan evin dağıntıları altından üç sakin xilas edilib. Bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlarla fərdi və çoxmərtəbəli yaşayış binasına, qeyri-yaşayış və anbar sahələrinə, həmçinin avtomobillərə və xüsusi texnikaya ziyan dəyib.
Bir neçə ərazidə yanğın baş verib. Vilayətin bəzi hissələrində elektrik enerjisi və su təchizatında fasilələr müşahidə olunur.
12:14 30.09.2026
Oxunuş sayı: 38