Ağsuda yanğın törədən şəxs saxlanıldı
Ağsuda ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən edilərək saxlanılıb. Faktla araşdırma aparılır.
10:39 29.09.2026
Oxunuş sayı: 39