Azərbaycan milliləri Şahmat Olimpiadasında VIII turu heç-heçə başa vurub
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Crossmedia.az xəbər verir ki, kişilərdən ibarət komanda VIII turda Hindistanla heç-heçə edib - 2:2.
Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşıblar. Bu görüş də eyni hesabla bitib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
19:41 24.09.2026
Oxunuş sayı: 52