İspaniya Kral Futbol Federasiyası Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb
İspaniya Kral Futbol Federasiyası (RFEF) millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb.
Crossmedia.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2032-ci ilədək nəzərdə tutulub.
Əvvəlki müqavilə 2028-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya seçməsinə rəhbərlik edir. Yığma onun başçılığı altında 2026-cı ildə dünya çempionu, 2024-cü ildə Avropa çempionu və 2022/2023 mövsümündə Millətlər Liqasının qalibi olub.
Mütəxəssis daha əvvəl, 2018–2022-ci illərdə İspaniyanın gənclərdən ibarət yığmasında, 2013–2018-ci illərdə isə U-19 millisində işləyib.
17:27 21.09.2026
Oxunuş sayı: 46