Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
20:58 18.09.2026
Oxunuş sayı: 42