Şahin Hüseynli vəzifələrindən azad edildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib.
Crossmedia.az xəbər verir ki, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb.
Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yeni vəzifəyə də təyinat alıb. Məlumata görə, Ş.Hüseynli "Azərkosmos"da Yer səthinin müşahidəsi üzrə kommersiya həlləri şöbəsinin rəhbəri təyin olunub. (Oxu.az)
16:36 18.09.2026
Oxunuş sayı: 42