Rusiyada məşhur blogerin kosmetika şirkəti BAĞLANDI
Rusiyada bloqer Karina Krossun (əsl adı Karina Lazaryants) həmtəsisçisi olduğu “Kara Kross kosmetiks” kosmetika şirkətinin ləğvi ilə bağlı prosedura başlanılıb.
Crossmedia.az xəbər verir ki, “RIA Novosti” bu barədə hüquqi sənədlərə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, şirkət 2019-cu ildə yaradılıb və əsas fəaliyyət istiqaməti kosmetika və ətriyyat məhsullarının pərakəndə satışı olub.
Karina Kross şirkətdə 20 faiz paya sahibdir. Qalan 80 faiz isə Viktor Gedelyan və Artem Matnishyan arasında bərabər bölünüb.
Məlumata görə, 2026-cı ilin iyununda Federal Vergi Xidmətinin müfəttişliyi hüquqi şəxsin Vahid Dövlət Hüquqi Şəxslər Reyestrindən (EGRÜL) çıxarılması ilə bağlı qərar qəbul edib.
Sənədlərdə şirkətin reyestrdən çıxarılması üçün əsas kimi hüquqi şəxs barədə məlumatların etibarsız olması göstərilib.
09:41 17.09.2026
Oxunuş sayı: 54