Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq
İspaniya təmsilçisi "Real"ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Paris Apellyasiya Məhkəməsi bu məbləğin 2025-ci ildə PSJ-nin bank hesablarına həbs qoyulması ilə bağlı kompensasiya kimi ödənilməsinə qərar verib.
Qeyd edək ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən "Real"a keçib. Bundan sonra fransalı hücumçu Paris klubuna qarşı 60 milyon avroluq iddia qaldıraraq, ona müqavilə üzrə nəzərdə tutulan bonus və mükafatların ödənilmədiyini bildirib.
2025-ci ilin aprelində Mbappenin vəkillərinin müraciəti əsasında Liqa 1 təmsilçisinin bank hesablarına təminat tədbiri kimi həbs qoyulub. Hesablar aprelin 10-dan mayın 25-dək bloklanıb.
Dekabrda məhkəmə PSJ-nin Mbappeyə 61 milyon avroya yaxın vəsait ödəməli olduğuna qərar verib.
10:42 16.09.2026
Oxunuş sayı: 48