Faciəvi PUA hücumu: İki azərbaycanlı dənizçi həlak oldu, ikisi yaralandı
Qara dənizdə Odessa sahilləri yaxınlığında Somali bayrağı altında üzən “TEDY” yedək gəmisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində iki azərbaycanlı dənizçi həlak olub.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı məlumat yayılıb.
Məlumata görə, gəminin göyərtəsində Azərbaycan vətəndaşı olan dörd dənizçi olub. Odessa sahilləri yaxınlığında PUA hücumuna məruz qalan gəmi zədələnib.

Daha sonra zədələnmiş gəmi Konstansa limanına doğru hərəkət edərkən daha iki hücuma məruz qalıb.
Hücumlar nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olublar. Daha iki azərbaycanlı dənizçi isə Odessada xəstəxanaya yerləşdirilib.
13:00 10.09.2026
Oxunuş sayı: 45