Mahaçqalada PUA hücumundan sonra yanğınlar baş verdi
Rusiyanın Mahaçqala şəhərinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir. PUA qalıqlarının düşməsi nəticəsində şəhərin dəniz limanında və Avar teatrında yanğınlar baş verib.
Crossmedia.az xəbər verir ki, Dağıstan hakimiyyəti bu barədə məlumat yayıb.
Məlumata görə, yanğınlar qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Mahaçqala limanı Xəzər dənizində Rusiyanın yeganə dərin sulu və donmayan limanı hesab olunur. Limanın illik neft və neft məhsulları üzrə ixrac gücü 7,9 milyon tona qədərdir.
09:37 10.09.2026
Oxunuş sayı: 42