Meksika səfirliyi azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik edib
Meksikanın Azərbaycandakı səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib. Bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Meksikanın Azərbaycandakı səfirliyi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü səmimi qəlbdən təbrik edir. 2025-ci ildə meksikalılara və azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzu edirik", - paylaşımda qeyd olunub.
08:16 31.12.2024
Oxunuş sayı: 4768