Dünya TÜRKLƏRİNİN həmrəyliyi və Rusiyanın çabaları: HƏR ŞEY YAXŞI OLACAQ
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Azərbaycanda əldə edilmiş davamlı nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arsında həmrəyliyin güclənməsinə təkan vermişdir. Bu isə, öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurları ilə qürur duyur və fərəh hissi keçirirlər. Azərbaycanlılar müxtəlif platformalarda öz sözlərini, fikirlərini yaşadıqları cəmiyyətə, dövlətə çatdıra bilir, bir çox hallarda fikirlərini qəbul etdirə bilirlər. Şübhəsiz ki, xaricdə yaşayan azərbaycanlılar ilə bağlı son illər həyata keçirilən siyasət, yaradılan Azərbaycan evləri, Qarabağ məktəbləri, həftəsonu Azərbaycan dili məktəbləri, yay-qış düşərgələri və s. dünya azərbaycanlılarının birliyi və həmrəyliyi üçün müstəsna əhəmiyyət kəsb edir.
BÜTÜN DÜNYA AZƏRBAYCANLILARINI HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDƏRƏK, 2025-Cİ İLDƏ YENİ-YENİ NAİLİYYƏTLƏR ARZULAYARAQ, yazının adına və ruhuna uyğun olaraq DÜNYA TÜRKLƏRİNİN HƏMRƏYLİYİNƏ nəzər salmaq istərdik. Həm də ona görə ki, dekabrın 25-də BAKI-QROZNI İSTİQAMƏTİ ÜZRƏ marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin gedişatı ÜMUMTÜRK BİRLİYİNİ müxtəlif aspektlərdən gündəmə gətirdi. Xronikaya qısaca nəzər salaq.
Prezident hadisəni eşidən kimi, dərhal geri dönüş qərarı verdi
Dövlət başçısının hadisəni eşidən kimi, elə səmada geri dönüş qərarı verməsi Dövlət-Xalq, Prezident-Xalq birliyinin daha bir nümunəsi oldu. Məlumdur ki, hava nəqliyyatında manevrlər, hərəkət istiqamətinin dəyişdirilməsi, bir çox hallarda, elə də sadə deyil və risklidir. Bütün bunlara rəğmən Prezident İlham Əliyevin dərhal geri – VƏTƏNƏ dönüş qərarı verməsi, “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsinin real nümunəsi idi. Hava limanında dərhal müşavirənin çağırılması, hətta səmada olarkən müvafiq tapşırıqların verilməsi, dərhal komissiya yaradılması, müvafiq şəxslərin hadisənin baş verdiyi Aktauya ezam edilməsi və s... YALNIZ, XALQINI SEVƏN, ONA ÜRƏKDƏN BAĞLI OLAN BİR LİDER BELƏ ÇEVİK QƏRARLAR VERƏ BİLƏR.
Hadisənin baş vermə səbəbləri məlumdur və Prezidenti İlham Əliyevin dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə zamanı səsləndirdiyi: “Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır” fikirləri hər şeyi açıq şəkildə bir daha ortaya qoydu. Ümumilikdə, dövlət başçısının müsahibə zamanı səsləndirdiyi konkret, tutarlı, faktlara söykənən və kəskin fikirləri hamımızın ürəyindən xəbər verərək, təkrarən bizlərə belə bir hiss yaşatdı: BİZ XOŞBƏXT XALQIQ Kİ, İLHAM ƏLİYEV KİMİ LİDERİMİZ VAR!
Təyyarə qəzası və ÜMUMTÜRK BİRLİYİNİN nümunəsi
Qazaxıstan dövlətinin və xalqının təyyarə qəzasında xəsarət alanlara göstərdiyi münasibət xüsusi rəğbətlə qeyd edilməlidir. Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib.
Bütün bunlarla yanaşı, Qazax xalqının etdikləri beynəlxaq hüquq və qaydalar çərçivəsindən çox-çox irəli gedərək, yaddaşlara bir SƏMİMİYYƏT, BİRLİK nümunəsi kimi həkk olundu. TAKSİ XİDMƏTLƏRİNİN ÖDƏNİŞSİZ OLMASI, YARALILARA YARDIM ETMƏK, QAN VERMƏK ÜÇÜN insanların hadisə yerinə, xəstəxanalara axın etməsi, səmimi, həyacanlı münasibətlər, qardaş qayğısı....bütün bunlar TÜRK BİRLİYİNİN bariz nümunəsi kimi dəyərləndirilə bilər. 29 dekabr tarixində ÖZBƏKİSTAN HAVA YOLLARINA məxsus təyyarə Aktau yaxınlığındakı faciə yerinin üzərində iki dövrə vurub. Qardaş ölkənin pilotları bununla faciə qurbanlarının xatirəsini anıblar.
AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara TÜRKİYƏ EKSPERTLƏRİ cəlb olunub. Hadisədən dərhal sonra, Azərbaycan araşdır-maların dərinləşdirilməsi üçün Türkiyədən ekspert qrupu cəlb edib, ölkəmizin müraciəti əsasında Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb və fəaliyyətə başlayıb.
Rusiyanın çabaları: quş dəstəsi, qaz balonu, dumanlı hava və daha nələr...
Hadisə baş verəndən dərhal sonra Rusiya tərəfi fikirləri yayındırmaq və məsuliyyətdən yayınmaq üçün bütün yollara əl atdı. Əslində, uzun illərin qonşusu kimi biz Rusiyanın belə “ədalətli” yanaşmaları ilə çox rastlaşmışıq, onlarla oxşar nümunələr mövcuddur. Amma faktların, təyyarədəki qəlpə işarələrinin, hətta təyyarə göydə olarkən salonda yaralananların olmasına rəğmən, Rusiyanın müxtəlif bəhanələrlə hadisənin əsl səbəblərini ört-basdır etməyə çalışması, qəza ilə bağlı QUŞLAMASI...... azərbaycanlıların məşhur “utanmasan oynamağa nə var ki” deyimini yada salır.
Prezident İlham Əliyevin məlum müsahibədə də qeyd etdiyi kimi: “Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”
Mülki təyyarəni vurub, daha sonra yaxın hava limanlarına enişə icazə verməmək, ancaq Rusiya kimi imperialist, şovinist dövlətin işi ola bilər. Hələ çeçenləri demirik, çətin günlərində onlara qucaq açan, ümid yerləri olan Azərbaycanı nə tez unutdular! Azərbaycanın çörəyinin duzu yoxdur, süfrəmizin qırıntıları ilə böyüyən ermənilər bizə, mülki insanlarımıza silah tuşladı, kütləvi qırğınlar törətdi, dar gündə dayaq olduğumuz çeçenlər isə təyyarəmizi vurur. Öz vətəndaşlarının belə olduğu, 13 yaşlı Əlinin belə uçduğu təyyarəni sulara qərq etməyə çalışdılar. Sabahısı isə Hava məkanına cavabdeh şəxsi təltif etdilər.... Yazıqlar olsun... Süni intellektin həyatımıza sürətlə daxil olduğu, rəqəmsallaşan dünyada bu biyabırçılıqlarını ört-basdır etmək üçün əllərindən gələni etdilər. Azərbaycanın milli qəhrəmanları (ölümündən sonra) – pilotlar isə yüksək peşəkarlıq nümayiş etdirərək, həyatları bahasına tarix yazaraq Rusiyanın iç üzünü bütün dünyaya göstərdilər. Dünya Rusiyanın gerçək üzünü bir daha gördü və bu hadisə daha bir məsələni çılpaqlığı ilə ortaya qoydu. O məsələni ki, Rusiya ictimaiyyəti də bundan nəticə çıxarmalıdır: bir lider öz vətəndaşlarının da olduğu təyyarəni gülləbaran edir, bir lider isə hadisəni eşidən kimi, bütün riskləri gözardına alaraq, elə səmadaca geriyə - xalqının yanına dönüş qərarı verir. Dövlətlərin böyüklüyü, ərazilərlə, əhali sayı ilə deyil, həm də LİDERLƏRİ ilə ölçülür. Bu mənada, AZƏRBAYCAN MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN, ALİ RƏHBƏRİN TİMSALINDA DÜNAYNIN ƏN BÖYÜK DÖVLƏTLƏRİNDƏN OLDUĞUNU BİR DAHA SÜBUT ETDİ.
Azərbaycan öz böyüklüyünü yaxın keçmişdə bir daha nümayiş etdirmişdi. Günün qaranlıq saatlarında, aşağı hündürlükdə, Hava Hücumundan Müdafiə qüvvələrinin radarının aşkar etmə zonasından kənarda, aktiv döyüşlərin davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində uçuş həyata keçirən, Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin qeydə alınmayan Mi-24 hərbi helikopteri vurularkən, hadisədən az sonra Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib. ÜZR İSTƏMƏK BÖYÜKLÜKDÜR, CƏSARƏT TƏLƏB EDİR və bunu özünə inamı güclü olanlar edə bilər.
Mülki təyyarəyə atəş açıb, onun enişinə icazə verməmək, sulara qərq etməklə məsuliyyətdən yayınmaq kimi xəstə təxəyyüldən CƏSARƏT GÖZLƏMƏK ÖZÜ BELƏ ABSURDDUR.
Nəhayət, Qazaxıstan dövlətinin və xalqının obyektiv və qardaş münasibəti, dünyanın hadisəyə reaksiyası, Özbəkistanlı pilotların anım uçuşları ilə həmrəylik nümayiş etdirməsi, Türkiyənin hadisələrə çevik müdaxiləsi və ƏN ƏSASI CƏNAB İLHAM ƏLİYEVİN QƏTİYYƏTLİ MÖVQEYİ SAYƏSİNDƏ “Rusiya Prezidenti Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib”. Prezident İlham Əliyevin müsahibədə də vurğuladığı kimi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək”.
Əlbəttə, bütün dövlərdə beynəlxalq hüquq və qaydalara hörmətlə yanaşan, dinc və sülhpərvər qonşuluq siyasəti yürüdən Azərbaycan dövləti özünə münasibətdə də bunları gözləyir, haqlı olaraq bunu istəyir.
Rusiyanın çabaları isə nə beynəlxalq hüquqa, nə mülki aviasiya ilə bağlı beynəlxalq tələblərə, nə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə, nə də mehriban qonşuluğa uyğun gəlmir. Məlumdur ki, hər bir təyyarənin salonu məxsus olduğu ölkənin ərazisidir. Müttəfiqlik haqqında bəyannaməyə atılmış imzaların rəngi qurumamış, Rusiyanın bilərəkdən və ya bilməyərəkdən belə bir hərəkət etməsi isə mərhum Çövhər Dudayevin məşhur ifadəsini yada salır: “RUSLARLA BAĞLANAN MÜQAVİLƏ, SUYA YAZILAN YAZI KİMİDİR”.
Ruhun şad olsun Cövhər Dudayev, ruhun şad olsun Şamil Basayev, görün sizləri kim əvəz edir – ata qatili, terrorist, xalqının düşməni...
DÜNYA TÜRKLƏRİNİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR
2013-cü il 20 iyun tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib.
2022-ci il martın 28-də Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunun açılış mərasimi keçirilib. TDT ilə əməkdaşlıq çərçivəsində ötən müddət ərzində diasporlar arasında konkret fəaliyyətin həyata keçirildiyi, Azərbaycanın diaspor siyasəti, Şuşa Bəyannaməsinin tələbləri, 2021-ci ilin noyabrında Nyu-York şəhərindəki “Türk Evi”ndə türk dövlətləri diasporlarının birgə fəaliyyətinin müzakirə edildiyi, Azərbaycan və türk diasporları arasındakı əlaqələrin möhkəmlənməsi, kommunikasiyaların təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyi, türk dövlətləri diasporlarının gələcək fəaliyyət üçün davamlı və həmrəy addımlar atmaq naminə yeni imkanlar açacağı nəzərə çatdırılıb.
2023-cü il 15 sentyabrda İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu Qurultayının açılış mərasimi çərçivəsində “TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI İLƏ 5 DÖVLƏT 1 DİASPOR” sessiyası təşkil edilib. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmilərinin, biznes dairələri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi, birgə investisiya imkanları barədə müzakirələr aparılıb.
Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, son illərdə, xüsusilə Azərbaycanın Qarabağdakı zəfərindən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq daha da güclənib və bu, yüksələn xətlə inkişaf edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı qazandığı parlaq zəfər sayəsində tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyası da bərpa edilməkdədir.
Bütün bunlar, eləcə də baş verən proseslər, ikiüzlü Qərb siyasəti, çoxüzlü Rusiya yanaşması ÜMUMDÜNYA TÜRK BİRLİYİNİ zamanın tələbinə çevirib.
Əziz həmyerlilər! Hörmətli Türk dövlətləri diasporları! Həmrəylik və Yeni Təqvim İliniz mübarək! Dünyanı türklərin idarə edəcəyi, bütün günahkarların, öz səhvlərini etiraf edib üzr istəyəcəyi, yalançı, şovinist olduğundan xəcalət çəkəcəyi, haqsız və qeyri-insani mövqelərindən geri çəkiləcəyi gün uzaqda deyil. Amma biz nə qədər birgə fəaliyyət göstərsək, vətənpərvər olsaq və eyni mövqedən çıxış etsək haqq səsimiz daha tez eşidilər, yalançı erməni soyqırımı kimi xülyalar daha tez iflasa uğrayar. Bu yolda SİZLƏRƏ CAN SAĞLIĞI, BİRLİK VƏ MÜVƏFFƏQİYYƏTLƏR ARZU EDƏRƏK, TÜRK DÖVLƏTLƏRİNİN DAHA DA ÇİÇƏKLƏNMƏSİ NAMİNƏ MÜMKÜN OLAN HƏR ŞEYİ EDƏCƏYİNİZƏ İNANIRIQ. Var olsun türk qardaşlığı. Gücümüz birliyimizdədir, HƏR ŞEY YAXŞI OLACAQ!
Cross Media Təhlil Mərkəzi
08:04 31.12.2024
Oxunuş sayı: 13185