Rusiyalı Cavid Bakıda 8 il 6 ay müddətinə həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə yönəlmiş açıq çağırışlarda ittiham olunan Rusiya vətəndaşı Cavid Kamal İsayevə hökm oxunub.
Crossmedia.az xəbər verir ki, haqqin.az bu barədə məlumat yayıb.
Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Məhkəmənin qərarına əsasən, Cavid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rusiya vətəndaşı 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və daha sonra Azərbaycana ekstradisiya edilib.
Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (qrup halında dövlət əleyhinə yönəlmiş açıq çağırışlar), 281-1.2-ci (qrup halında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönəlmiş atribut və simvolların yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya belə hədələrlə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
İttihamlar üzrə onun barəsində həbs qətimkan tədbiri seçilib.
17:57 08.09.2026
Oxunuş sayı: 40