Seçkilərdən sonra Mertsdən gözlənilməz etiraf
Almaniya kansleri Fridrix Merts Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərin nəticəsini CDU üçün ağır məğlubiyyət kimi qiymətləndirib və nəticələrin ölkənin siyasi sistemində ciddi dəyişiklik yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “BILD” Mertsin CDU rəhbərliyinin iclasında səsləndirdiyi fikirləri yayıb.
Merts mümkün AfD hökumətinin sağ radikal xarakter daşıyacağını bildirib. O, seçkilərin nəticəsinin CDU-nu ciddi şəkildə sarsıtdığını və partiyanın əvvəlki fəaliyyət rejiminə sadəcə qayıda bilməyəcəyini vurğulayıb.
Kansler CDU-nun seçicilərlə emosional bağ qurmaqda uğursuz olduğunu etiraf edib. O, partiya daxilindəki fikir ayrılıqlarının ictimai müstəviyə çıxarılmamasına çağırıb.
Saksoniya-Anhalt seçkilərində sağçı AfD 43,8 faiz səslə birinci olub, CDU isə 17,2 faiz səs toplayıb. AfD mütləq çoxluğu əldə etməsə də, nəticə Almaniyada siyasi mühit üçün ciddi dönüş kimi qiymətləndirilir.
16:52 07.09.2026
Oxunuş sayı: 65