Cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışda
Azərbaycanın kişi cüdoçulardan ibarət millisi Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Bu barədə Crossmedia.az'a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.
Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də iştirak edirlər.
Toplanış çərçivəsində idmançıların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə randori sessiyaları təşkil olunur.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı milli komandanın qarşıdakı mühüm yarışlara - Macarıstandakı "Böyük Dəbilqə" turnirinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.
15:04 07.09.2026
Oxunuş sayı: 45