Rusiya səmasında PUA HÜCUMU
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri ötən gecə 306 Ukrayna PUA-sı vurub.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları Rusiyanın bir sıra regionları, həmçinin Qara və Azov dənizlərinin akvatoriyası üzərində qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, PUA-lar təyyarə tipli olub və növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib və məhv edilib.
Rusiya tərəfinin məlumatında hücum nəticəsində ölən və yaralananlarla bağlı ümumi məlumat açıqlanmayıb. Müxtəlif regionlarda PUA hücumları ilə bağlı ayrıca insidentlər barədə məlumatlar yayılıb.
09:52 07.09.2026
Oxunuş sayı: 43