Neftekamskda yanğın: üç uşaq həlak oldu
Başqırdıstanın şimal-qərbində yerləşən Neftekamsk şəhərində yaşayış evində baş verən yanğın nəticəsində üç uşaq həlak olub.
Crossmedia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
Yanğın sentyabrın 6-da axşam saatlarında Neftekamsk şəhər dairəsinə daxil olan Amzya kəndinin Yujnaya küçəsində yerləşən birmərtəbəli yaşayış evində baş verib.
Yanğınsöndürənlər hadisə yerinə çatdıqda mənzilin daxilində açıq alov müşahidə olunub. Alov 50 kvadratmetr sahədə söndürülüb.
Dağıntıların təmizlənməsi zamanı 12 və 4 yaşlı iki oğlan, həmçinin 6 yaşlı qızın meyitləri aşkarlanıb.
Hazırda hadisə yerində təcili xidmət əməkdaşları və FHN-in araşdırma qrupu işləyir. Yanğının səbəbi və hadisənin digər halları müəyyənləşdirilir.
23:43 06.09.2026
Oxunuş sayı: 49