İstanbul hava limanı Avropada ilk sırada qərarlaşıb
İstanbul hava limanı avqustun 24-dən 30-dək olan dövrdə gündəlik orta hesabla 1689 uçuşla Avropanın ən sıx hava limanı olub.
Crossmedia.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) bu barədə məlumat yayıb.
Hava limanı sözügedən dövrdə uçuşların orta gündəlik sayına görə Avropada ilk sırada qərarlaşıb.
Beləliklə, İstanbul hava limanı beynəlxalq və regional hava nəqliyyatında əsas mərkəzlərdən biri olaraq mövqeyini qoruyub.
00:31 06.09.2026
Oxunuş sayı: 29