Türkiyəli iş adamlarının Ermənistana səfərinin pərdəarxası
Ermənistanda keçirilən iqtisadi forumda 150-dən çox türkiyəli iş adamı iştirak edib və onların səfəri Avropa İttifaqının maliyyəsi ilə təşkil olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyəli biznes nümayəndələrinin Ermənistana səfəri çərçivəsində iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.
Aİ-nin bu cür təmasları dəstəkləməsi regionda Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşdırılmasına yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirilir.
10:26 06.09.2026
Oxunuş sayı: 40