Putinlə görüşdən sonra Ağ Evdən mühüm açıqlama gəldi
Ağ Ev Stiv Uitkoff və Cared Kuşnerin Vladimir Putinlə keçirdiyi görüşlərin faydalı olduğunu, lakin danışıqlarda konkret irəliləyiş əldə edilmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, növbəti addımlar yaxın həftələrdə açıqlanacaq.
Putin sentyabrın 5-də Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə üç saatdan çox davam edən görüş keçirib. Görüşdə Ukraynadakı müharibənin mümkün həlli yolları müzakirə olunub.
09:54 06.09.2026
Oxunuş sayı: 54