Ukraynanın iki PUA məntəqəsi vurulub
Rusiya Aerokosmik Qüvvələri Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) idarəetmə məntəqəsini məhv edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, zərbələr Şopino və Prudyanqa yaşayış məntəqələri ərazilərində yerləşən PUA idarəetmə məntəqələrinə endirilib.
Məlumata görə, Şopinoda 475-ci ayrıca hücum alayının PUA idarəetmə məntəqəsi üç FAB-500 aviasiya bombası ilə, Prudyanqada isə 58-ci ayrıca mexanikləşdirilmiş briqadanın PUA idarəetmə məntəqəsi X-39 raketi ilə məhv edilib.
19:43 05.09.2026
Oxunuş sayı: 48