Alufar IRONMAN 70.3 Baku yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı paytaxtda əsl idman bayramına çevrilib.
Crossmedia.az xəbər verir ki, "Alufar IRONMAN 70.3 Baku" yarışlarına dünyanın 62 ölkəsindən 1500 idmançı qatılıb.
Yarışın marşrutu boyunca idmançıları müşayiət edən ailə üzvləri, yaxınları, azarkeşlər və şəhər sakinləri onları alqışlarla dəstəkləyiblər. Müxtəlif ölkələrdən Bakıya gələn qonaqlar yarışın həyəcanı ilə yanaşı, Bakının gündəlik həyatı və görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Bakı Bulvarının "Yeddi gözəl" fəvvarəsinin qarşısındakı ərazidə "IRONMAN" kəndi və əyləncə zonası fəaliyyət göstərir. Ziyarətçilər burada "IRONMAN" ab-havasını yaxından hiss edir, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edir, asudə vaxtlarını maraqlı keçirirlər.
19:02 05.09.2026
Oxunuş sayı: 42