Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva istiqamətində hava zərbələrindən müvəqqəti imtina etməyə hazır olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukrayna şənbə gününün sonuna qədər, eləcə də bazar və bazar ertəsi Moskva şəhərinə zərbələr endirməyəcək. Kiyev bunun müqabilində Rusiyanın da Kiyevə qarşı hava zərbələrini dayandıracağını gözləyir.
Zelenski bu qərarın ABŞ nümayəndələrinin Rusiya ilə danışıqlara başlaması fonunda qəbul edildiyini bildirib. O, həmçinin bazar günü ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevdə görüşlərinin planlaşdırıldığını açıqlayıb.
19:10 05.09.2026
Oxunuş sayı: 45