CROSSMEDIA - Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib
Gündəm

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə Ağbulaq İstirahət Mərkəzində Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.

Ali Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iştirak edib. Bayram süfrəsi ətrafında şagirdlərlə səmimi söhbət edilib, Şaxta baba tərəfindən müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

Sonda 60 şagirdə bayram hədiyyələri təqdim edilib.(Azərtac)

 

 

 

 

 

12:20 30.12.2024

Oxunuş sayı: 4338

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR