Türkiyənin avtomobil ixracında Almaniya liderdir
Türkiyənin avtomobil sənayesinin ixracı ölkənin ümumi ixracının 14,7 faizini təşkil edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesinin ən çox ixrac etdiyi ölkə 4 milyard 441,3 milyon dollarla Almaniya olub.
Siyahıda Almaniyadan sonra 3 milyard 316 milyon dollarla Fransa, 2 milyard 480,4 milyon dollarla Böyük Britaniya, 2 milyard 442,1 milyon dollarla İtaliya və 2 milyard 156,1 milyon dollarla İspaniya qərarlaşıb.
Qeyd edək ki, Türkiyənin avtomobil sənayesi 2026-cı ilin ilk yeddi ayında 24,4 milyard dollarlıq ixrac həyata keçirib.
01:05 06.09.2026
Oxunuş sayı: 31