Trampın nümayəndələri Moskvaya gəlib
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya gedən kortejin müşayiəti ilə “Vnukovo” hava limanına gəliblər.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə məlumat yayıb.
Məlumata görə, amerikalı nümayəndələrin Moskvaya səfəri Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlarla əlaqələndirilir. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Uitkoff və Kuşnerin Moskva və Kiyevə münaqişənin başa çatdırılması ilə bağlı təklif aparacaqlarını bildirib.
Rusiya mediasının yaydığı məlumatlara əsasən, Uitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi gözlənilir. Bundan sonra onların sentyabrın 6-da Kiyevə gedərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməsi planlaşdırılır.
Moskva səfərinin dəqiq gündəliyi və danışıqların keçiriləcəyi vaxt barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
13:28 05.09.2026
Oxunuş sayı: 37