Atəşkəs fonunda Ukrayna ordusundan MÜHÜM AÇIQLAMA
Ukrayna Silahlı Qüvvələri sentyabrın 5-dən 8-dək elan edilən üç günlük atəşkəs fonunda ölkənin müdafiəsi ilə bağlı müəyyən tapşırıqları yerinə yetirməyə davam edir.
Crossmedia.az xəbər verir ki, “RBK-Ukrayna” bu barədə Ukrayna Silahlı Qüvvələrinin Kommunikasiyalar Baş İdarəsinə istinadən məlumat yayıb.
Qurumdan bildirilib ki, Ukrayna ordusu təsdiqlənmiş plana uyğun olaraq ölkənin müdafiəsi ilə bağlı müəyyən vəzifələri icra edir.
Açıqlamada atəşkəs rejiminin “asimmetrik” ola bilməyəcəyi vurğulanıb və bu səbəbdən qarşıya qoyulan tapşırıqların tam həcmdə yerinə yetirildiyi qeyd olunub.
Bundan əvvəl “Ukrainskaya Pravda” mənbələrinə istinadən Ukrayna Silahlı Qüvvələrinə sentyabrın 5-dən 8-dək təmas xəttində “sükut rejiminə” riayət etmək barədə əmr verildiyini yazmışdı. Məlumata görə, qərar ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin mümkün səfəri fonunda qəbul edilib.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da ordunun müvafiq əmr aldığını təsdiqləmişdi.
11:43 05.09.2026
Oxunuş sayı: 43