Türkiyədən Azərbaycana polad axını: İdxal xərcləri yüksəlib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 89,378 milyon ABŞ dolları dəyərində polad idxal edib.
Crossmedia.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,2 % çoxdur.
Avqust ayında Türkiyə Azərbaycana 9,827 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,5 % azdır.
Türkiyənin səkkiz ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,8 % artaraq 11 milyard 271 milyon ABŞ dolları, avqustda isə 12,2 % artaraq 1 milyard 531 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox bu məhsulun idxalını Rumıniya 865,51 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,3 % az), İtaliya 715,419 milyon ABŞ dolları (2 % az) və Böyük Britanya 667,897 milyon ABŞ dolları (73,1 % çox) dəyərində həyata keçirib.
11:30 05.09.2026
Oxunuş sayı: 40