Ukrayna tarixinin ən ağır maliyyə sınağı ilə üz-üzədir
Ukrayna rekord büdcə kəsiri ilə üzləşib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin maliyyə naziri Sergey Marçenko gələn il üçün büdcədə 32,6 milyard avro çatışmazlığın yarandığını açıqlayıb.
Marçenkonun sözlərinə görə, Ukrayna genişmiqyaslı müharibənin başlanmasından bəri ən ağır maliyyə vəziyyətinə düşüb. O, Avropa İttifaqını standart düşüncə çərçivəsindən kənara çıxmağa və dondurulmuş 300 milyard dollar həcmində Rusiya aktivlərindən istifadə ideyasına qayıtmağa çağırıb.
Nazirin bildirdiyinə görə, təklif olunan plan hüquqi risklərin Avropa İttifaqı ölkələri arasında bölüşdürülməsini nəzərdə tutur.
21:10 04.09.2026
Oxunuş sayı: 41