Zaxarovadan Paşinyana sarkastik mesaj - Siz kişisiniz, yoxsa qadın?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı açıqlamasına ironik reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan daha əvvəl bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını və Rusiyanın bazanı çıxarmaq qərarına gələcəyi təqdirdə İrəvanın buna etiraz etməyəcəyini bildirib.
Zaxarova isə Paşinyanın sözlərini Telegram kanalında paylaşaraq Mixail Bulqakovun “İtin ürəyi” əsərindən “Siz kişisiniz, yoxsa qadın?” sitatını əlavə edib.
19:50 04.09.2026
Oxunuş sayı: 45