Kiyevin hava addımı Moskvanı hiddətləndirib
Rusiya Ukraynanın mülki aviasiyaya münasibətdə atdığı addımlarla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibi Xuan Karlos Salasara təcili müraciət göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki.
Məlumata görə, Kiyev Rusiyanın hava məkanının guya təhlükəli olması ilə bağlı NOTAM bildirişləri yayıb. Moskva bu bildirişləri qanunsuz, hüquqi qüvvəsi olmayan və vəziyyəti təhrif edən sənədlər kimi qiymətləndirib.
Rusiya ICAO-nu Ukraynanın bu addımlarını pisləməyə və Moskvanın mülki aviasiyanın təhlükəsizliyinə təhdid hesab etdiyi halların qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.
19:35 04.09.2026
Oxunuş sayı: 45