Ukraynanın raketləri tükənir, müttəfiqlər kömək etmək istəmir
Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələri əldə etmək cəhdləri nəticə verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Politico˝ məlumat yayıb.
Nəşrin məlumatına görə, bu həftə Aİ ölkələrinin müdafiə nazirləri və NATO səfirləri arasında keçirilən bir sıra görüşlər konkret nəticə verməyib. Patriot sistemləri üçün PAC-2 və PAC-3 raketlərinə malik Yunanıstan, İspaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələr öz ehtiyatlarını Ukrayna ilə bölüşməyə hazır deyil.
Ukraynalı rəsminin sözlərinə görə, Kiyevin Patriot raketləri üzrə ehtiyatları faktiki olaraq tükənib. NATO-nun PURL proqramı isə Ukrayna üçün yeganə etibarlı təchizat mənbəyi olaraq qalır. Lakin bu proqram çərçivəsində ölkəyə ayda cəmi 10-20 raket çatdırılır. Müqayisə üçün, Rusiya yalnız iyul ayında Ukraynaya 195 raket atıb.
Vəziyyəti maliyyə çatışmazlığı da çətinləşdirir. Kiyev tərəfdaşlarından raketlərin alınmasını maliyyələşdirməyi, həmçinin PUA və raket istehsalına investisiya yatırmağı və uzaqmənzilli artilleriya təchizatını xahiş edir.
Ukrayna hökumətinin yüksək vəzifəli nümayəndəsi hər bir raket üçün dəfələrlə müraciət etməli olduqlarını bildirərək vəziyyəti sonsuz və yorucu tarixçə adlandırıb.
Kiyevin qış aylarında Rusiyanın zərbələrinin güclənə biləcəyindən narahat olduğu bir vaxtda Ukrayna deputatı Solomiya Bobrovska da etiraf edib: Son beş ildə ilk dəfədir ki, Rusiyanın bu bir neçə ay ərzində nələrə nail ola biləcəyindən həqiqətən qorxuram.
18:20 04.09.2026
Oxunuş sayı: 44