Peskov Leypsiqdəki dron ittihamlarını “əsassız” adlandırdı
Rusiya Almaniyanın Leypsiq şəhərində baş verən dron insidentinə Moskvanın mümkün iştirakına dair ittihamları qəti şəkildə rədd edib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Almaniyanın Rusiya ilə bağlı səsləndirdiyi ittihamların heç bir əsaslı sübutu yoxdur.
“Biz bu ittihamları qəti şəkildə rədd edirik və onları tamamilə əsassız, inandırıcı arqumentlərdən məhrum hesab edirik”, – Peskov deyib.
O, həmçinin qeyd edib ki, Almaniya “Şimal axını” qaz kəmərlərinin partladılmasında şübhəli bilinən şəxslərin saxlanılmasından sonra Ukraynaya qarşı oxşar ittihamlar irəli sürməyib.
Qeyd edək ki, Almaniya daha əvvəl Moskvanı Leypsiq hava limanında dron hücumunda iştirak etməkdə ittiham edib. Rusiya Prezidenti Vladimir Putin də bu ittihamları rədd edərək, onları Almaniya xalqının maraqlarına zidd olan “kobud səhv” adlandırıb.
14:48 04.09.2026
Oxunuş sayı: 49