İsveç ABŞ-dən daha az asılıdır
İsveç NATO-ya üzv olduqdan sonra ABŞ-dən asılılığını azaldıb və regiondakı müttəfiqləri ilə əməkdaşlığını gücləndirib.
Crossmedia.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson bu barədə açıqlama verib.
Kristersson bildirib ki, əvvəllər bir çox sahədə ABŞ-dən asılılıq son dərəcə yüksək olub.
Onun sözlərinə görə, İsveç hazırda regiondakı tərəfdaşlarına daha çox güvənir və yaxın müttəfiqləri ilə əməkdaşlığı genişləndirir. Bununla belə, Baş nazir NATO çərçivəsində ABŞ hərbi iştirakının hələ də son dərəcə mühüm olduğunu vurğulayıb.
14:14 04.09.2026
Oxunuş sayı: 52