“Azərbaycan Dəmir Yolları” sərnişin axınında artım qeydə aldı
Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb.
Crossmedia.az xəbər verir ki, “Report” bu barədə ADY-yə istinadən məlumat yayıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Hesabat dövründə Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon sərnişin səfər edib. Bu, illik müqayisədə 17% artım deməkdir.
Rayonlararası marşrutlarda 396 min sərnişin (+15%), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutunda isə 53 min sərnişin daşınıb.
Təkcə avqust ayında ümumi sərnişindaşımada 913 mindən çox səfər qeydə alınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 24% artımdır.
12:19 04.09.2026
Oxunuş sayı: 51