Borodina ABŞ-da onu məyus edən məqamları açıqladı
Rusiyalı teleaparıcı və bloqer Ksenia Borodina ABŞ səfərindən qayıtdıqdan sonra ölkədə onu narazı salan iki məqamı açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “TV Mail” bu barədə məlumat yayıb.
Borodinanın sözlərinə görə, ABŞ-dakı restoran və digər ictimai iaşə obyektlərində xidmət səviyyəsi Moskva ilə müqayisədə daha aşağıdır.
“Moskvada bizi xidmət baxımından çox ərköyünləşdiriblər. Moskvadan sonra hara getsəniz də, sizə eyni münasibəti və xidmət səviyyəsini görməyəcəksiniz”, - deyə o bildirib.
Teleaparıcı ABŞ-da səfər zamanı dadlı yemək tapmaqda da çətinlik çəkdiyini deyib. O, ailəsi ilə birlikdə ən yaxşı restoranlara getdiklərini, lakin buna baxmayaraq, yeməklə bağlı gözləntilərinin tam qarşılanmadığını qeyd edib.
Borodina daha əvvəl ABŞ-a köçüb-köçə bilməyəcəyi barədə danışıb və Rusiyadan getmək planının olmadığını bildirib.
Bundan əvvəl isə teleaparıcı Nyu-Yorkda onun Moskvadan daha çox tanındığını söyləyib.
11:31 04.09.2026
Oxunuş sayı: 45