Moskva Almaniyanı raket zərbələri ilə hədələdi
Rusiya Berlində uzunmənzilli zərbə sistemlərinin yerləşdiriləcəyi təqdirdə onların dislokasiya məntəqələrinin Moskva tərəfindən qanuni hərbi hədəf kimi qiymətləndiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Berlindəki səfirliyi bu barədə məlumat yayıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Almaniya 2 min kilometrədək məsafədəki hədəfləri vura bilən yüksək dəqiqlikli raket və pilotsuz sistemlərini inkişaf etdirməyi planlaşdırır.
Rusiya tərəfi Almaniyada uzaqmənzilli zərbə sistemlərinin yerləşdirilməsinin ölkənin hərbiləşdirilməsinin daha da artmasına səbəb ola biləcəyini bildirib.
Səfirlik Almaniyanın bu istiqamətdə siyasətinin mümkün nəticələri ilə bağlı xəbərdarlıqların əsaslı olduğunu vurğulayıb.
09:47 04.09.2026
Oxunuş sayı: 44