Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Dünya bazarında neft bahalaşmaqda davam edib
Crossmedia.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,48 dollar və ya 0,50% artaraq bir barel üçün 96 dollara çatıb.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,73 dollar və ya 0,80% bahalaşaraq 92,03 dollar təşkil edib.
Ümumilikdə isə “Brent” bu həftə təxminən 7,1%, WTI isə 9,8% bahalaşıb və hər iki marka iyulun ortalarından bəri ən yüksək həftəlik artıma doğru gedir.
Qeyd edək ki, neftin bahalaşması ABŞ və İran arasında gərginliyin artması və Hörmüz boğazından tədarüklə bağlı narahatlıqların güclənməsi ilə əlaqələndirilir
09:19 04.09.2026
Oxunuş sayı: 49