Neftçi SOCAR 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası sentyabrın 5-dən 6-dək Çinin Şanxay şəhərində keçiriləcək FIBA Qadınlar Seriyasının mövsüm finalında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.
Komandanın qrup mərhələsində oyunlarının təqvimi belədir:
5 sentyabr
12:45 - Fransa
14:50 - Niderland
16:55 - Almaniya
Qeyd edək ki, Azərbaycan yığması ötən il Şanxayda keçirilən mövsüm finalını ikinci pillədə başa vurub.
20:48 03.09.2026
Oxunuş sayı: 36