Təyyarə qəzasının qurbanı Rəna Yeznayevanın nəşi ailəsinə təhvil verilib
Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib.
Bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.
O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub. (report)
07:00 30.12.2024
Oxunuş sayı: 5841