Tramp İrana yenidən zərbə endirməyə hazır olduqlarını açıqladı
ABŞ istənilən vaxt İrana qarşı yenidən zərbə endirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə jurnalistlərin İran ətrafındakı vəziyyətlə bağlı suallarını cavablandırarkən bildirib. Amerika lideri ABŞ Silahlı Qüvvələrinin bir gün əvvəl Hörmüz boğazı ərazisində İranın hədəflərinə endirdiyi zərbələri “çox uğurlu” adlandırıb. Tramp ABŞ-in İrana güclü zərbə endirdiyini, qarşı tərəfin cavabının isə məhdud olduğunu bildirib.
ABŞ Prezidenti həmçinin Hörmüz boğazının hazırda Vaşinqtonun tam nəzarətində olduğunu qeyd edib.
12:32 03.09.2026
Oxunuş sayı: 41