Maral balalarının gizlənməsinin heyrətamiz səbəbi
Maral balaları doğulduqdan sonra ilk günlərdə analarının arxasınca qaça bilmirlər. Buna görə ana maral balasını otların və kolların arasında təhlükəsiz bir yerdə gizlədir və yem axtarmağa gedir.
Crossmedia.az məlumat verir ki, balaca maral isə saatlarla tam hərəkətsiz və səssiz qala bilir.
Onların kürkündəki ləkələr ətrafdakı işıq və kölgələrlə qarışaraq onları yırtıcılardan gizlətməyə kömək edir.
Ən maraqlısı isə budur ki, ana maral balasının yanında daim qalmır. Çünki özünün yaxınlıqda olması yırtıcıların diqqətini balaya çəkə bilər.
Buna görə təbiətdə təkbaşına uzanmış maral balası görsəniz, onu dərhal yetim hesab etməyin. Çox vaxt anası yaxınlıqda olur və təhlükə sovuşduqdan sonra balasının yanına qayıdır.
01:27 04.09.2026
Oxunuş sayı: 38